Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən həftə 26 küçə və prospektdə yol hərəkəti ilə bağlı təhlil və analiz işləri aparılıb

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən həftə 26 küçə və prospektdə təhlil və analiz işləri aparılıb.

Press.az Bakı Nəqliyyat Agentliyinin (BNA) həftəlik icmalına istinadla xəbər verir ki, keçən həftə ərzində 190 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib və nağdsız ödəniş sisteminə keçirilib. Bundan əlavə, 13 küçə və prospektdə 50-yə yaxın yol nişanı quraşdırılıb, 3 küçə və prospektdə piyada zolağı təşkil edilib, 1 küçədə isə yenilənib. Həmçinin 3 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb.

Onlayn İctimai Nəzarət Platforması tərəfindən BNA vətəndaş müraciətlərinə baxılmasında fəallığı üçün təltif edilib.

Qeyd edək ki, ötən həftə BNA tərəfindən yeni “Tarixə yazılan adlar” aksiyasına start verilib. Ümumilikdə 300 avtobus və “Koroğlu” NMM-dəki monitorlarda posterlər yerləşdirilib.

Oxşar xəbərlər
OTACI