Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pandemiyadan ziyan görmüş şirkətlərə dəstək verilir

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlərə 12 ay müddətində hesablanmış faizlər üzrə subsidiya verilir.

Azərtac xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Qərarında dəyişiklik edilib.

Bildirilib ki, faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.

Həmin müddətlər ərzaqlıq buğda təchizatçılarına münasibətdə daha 12 ay uzadılaraq 24 ay müəyyən edilib.

Oxşar xəbərlər
OTACI