Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda sahibkarlar KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 13-də Xaçmaz şəhərində keçirilən toxum sərgi-satış yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara göstərdiyi dəstək və xidmətlər təqdim olunub.

Agentlikdən Azərtac-a bildirilib ki, Xaçmaz KOB evinin qarşısında təşkil olunmuş yarmarkada iştirakçılara KOBİA-nın KOB dostu, KOB evi və KOB İnkişaf Mərkəzi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Xaçmaz KOB evində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-ə yaxın xidmət göstərilir. Xaçmaz KOB İnkişaf Mərkəzi sahibkarlara mərkəzdə və təsərrüfatlarda olmaqla ödənişsiz təlim və məsləhət xidmətləri göstərir. Öz biznesini qurmaq və inkişaf etdirmək istəyən sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən xidmətlər, sahibkar maraqlarının müdafiəsi üçün KOB dostuna müraciət edə bilərlər.

Həmçinin sərgi çərçivəsində sahibkarlara KOBİA-a tərəfindən göstərilən daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, “Startap” şəhadətnaməsi, kobmarket.az onlayn ticarət portalı barədə də məlumat verilib. Agentliyin "KOB könüllüləri" tərəfindən iştirakçılara KOBİA-nın fəaliyyətinə dair müxtəlif məlumatlandırıcı bukletlər paylanıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə keçirilmiş toxum sərgi-satış yarmarkasında Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən fermerlər, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Yarmarkanın keçirilməsin də məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Oxşar xəbərlər
OTACI