Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ali Hərbi Məktəbdə andiçmə mərasimi keçirilib

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tədris ilinin başlanması münasibətilə hərbi kadrları hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Press.az-a bildiriblər ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Təntənəli mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Oxşar xəbərlər
OTACI