Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edilib

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb.

Bu barədə Press.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirəcək.

Səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.

Qeyd edək ki, yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

Oxşar xəbərlər
OTACI