Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı gənclər Şuşada Qala divarları və Gəncə qapısında olublar

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

Press.az-ın məlumatına görə, 20-dək könüllü təşkilatın 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrini ziyarət ediblər.

Gənclərə Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrmizin işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması barədə məlumat verilib.

Hazırda qala divarlarında təmir işləri aparılır.

Qeyd edək ki, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı gənclərin Şuşaya səfəri təşkil olunub. Bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

Oxşar xəbərlər
OTACI