Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nərimanov rayonunda baş verən ağır qəza

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nərimanov rayonunun Z.Bünyadov prospektində körpüdə yolun kənarında nasaz vəziyyətdə dayanmış paytaxt sakini Emin Məmmədova məxsus “Priora” markalı avtomobil Bakı şəhər sakini B.Poladovun idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a bildirilib ki, hadisə nəticəsində avtomobilin qarşısında dayanmış E.Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.

Oxşar xəbərlər
OTACI