Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda güclü zəlzələ baş verib

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün yerli vaxtla səhər saat 9-da Türkmənistanın paytaxt sakinləri episentri İranın şimalında baş verən 5.1 bal gücündə zəlzələni hiss ediblər.

Türkmənistanın Seysmologiya və Atmosfer Fizikası İnstitutunda Aşqabadda 2-3 bal gücündə zəlzələ qeydə alınıb.

Bəzi yerlərdə zəlzələnin zəif hiss olunduğu, xəsarət alanların və dağıntıların qeydə alınmadığı bildirilib.

Türkmənistanda mütəxəssisləri beynəlxalq standartların tələblərinə cavab verən bütün layihə və tikinti obyektlərini hərtərəfli araşdıran Zəlzələyə Dayanıqlı Tikinti Araşdırma İnstitutu fəaliyyət göstərir.

Xatırladaq ki, 2019-cu ildə Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın seysmik təhlükəli bölgələrində dövlət risklərinin azaldılması proqramını təsdiqləyib. Sənəddə potensial zəlzələlərin təsirini azaltmağa yönəlmiş tədbirlərin siyahısı müəyyən edilib.

Oxşar xəbərlər
OTACI