Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gənclər Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

Press.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət edib.

Gənclərə Yuxarı və Aşağı Gövhər Ağa məscidlər barədə məlumatlar verilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

Oxşar xəbərlər
OTACI