Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

YAP Veteranlar Şurası pensiyaçıların maraqlarını müdafiə edəcək

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının fəaliyyət istiqamətləri müəyyənləşib.

Press.az-ın xəbərinə görə, bu, partiya Veteranlar Şurasının Əsasnaməsində əksini tapıb.

Belə ki, əsasnamə ilə şuranın fəaliyyət istiqamətləri aşağıdakılar kimi müəyyən edilib:

YAP-ın verdiyi tapşırıq və tövsiyələri icra etmək;

Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqini həyata keçirmək;

Azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən digər yüksək milli-mənəvi və ümumbəşəri dəyərləri əks etdirən məsələlərdə maariflərndirmə üzrə icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

YAP-ın rəhbər orqanlarının siyasi fəaliyyətinə aid strateji məqsəd daşıyan vəzifələrin icrasını təmin etmək üçün konkret tədbirlərə, həmçinin milli dövlətçilik sahəsində əldə olunmuş müsbət təcrübənin tətbiqinə dair təkliflər hazırlamaq;

Ölkədə fəaliyyət göstərən ağsaqqallar və ziyalılar təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması barədə təkliflər hazırlamaq;

Təqaüd yaşında olan Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması istiqamətində təkliflər hazırlamaq;

Nəsillər arasında varislik və faydalı əməkdaşlıq prinsiplərinin qorunub saxlanılması istiqamətində təkliflər vermək;

Əhali arasında fəal vətəndaşlıq mövqeyinin aşılanması istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təkliflər vermək;

Dövlətin qarşısında duran strateji vəzifələrin icrasına ölkənin elmi potensialının cəlb olunması üçün zəruri tədbirlərlə bağlı təkliflər vermək;

Konkret istiqamətlər üzrə dövlətin gördüyü işlər ilə bağlı ictimai rəyin öyrənilməsi və reallaşan dövlət siyasətinə ictimai dəstəyin artırılmasına dair təkliflər vermək;

Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə ölkə ziyalılarının potensialının səfərbər olunmasına dair təkliflər vermək;

Ölkənin digər siyasi partiyaları ilə siyasi dialoqun təşkili istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

YAP-ın beynəlxalq və xarici əməkdaşlıq sahəsində fəaliyyətini təşkil etmək məqsədi ilə icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

Şəhid ailələrinin və qazilərin cəmiyyətdə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

YAP-ın fəaliyyətinin təşkilində uğurlu beynəlxalq təcrübədən faydalanmasına xidmət edəcək layihə və tədbirlər barədə təklif vermək;

Veteranlar Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

Qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

YAP-ın orqanlarına (qurumlarına), həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular vermək;

Veteranlar Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

Fəaliyyət istiqamətləri üzrə təhlillər və ümumiləşdirmələr aparmaq;

Veteranlar Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

YAP tərəfindən müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

Veteranlar Şurası fəaliyyətini YAP-ın Mərkəzi Aparatı vasitəsi ilə həyata keçirir.

Qeyd edək ki, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır. Şuranın ümumilikdə 35 üzvü var.

Oxşar xəbərlər
OTACI