Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gənclər təşkilatlarının nümayəndələri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

Press.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib.

Gənclərə Şuşanın işğalı zamanı Molla Pənah Vaqifin muzey-məqbərəsinin vandallar tərəfindən necə dağıdıldığı, Azərbaycanın mədəniyyət paytaxtının işğaldan sonra məqbərədə aparılmış təmir-bərpa və yenidənqurma işləri barədə məlumatlar verilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

Oxşar xəbərlər
OTACI