Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İcra başçısının qalmaqallı oğlu polis sistemindən çıxarıldı - FOTO

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis kapitanı daxili işlər orqanlarından xaric edilib. 

Press.Az xəbər verir ki, polis kapitanı Şəhriyar Hüseynov ötən il Yasamal rayonunda xüsusi karantin rejiminin pozulması ilə bağlı keçirilən əməliyyatlar zamanı vətəndaşlarla kobud rəftarı ilə gündəmə gəlmişdi. O, bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından xaric olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı redaksiyamıza təsdiq edib. 

Xatırladaq ki, Şəhriyar Hüseynov Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş.Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.

Oxşar xəbərlər
OTACI