Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 373 mindən çox olub

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 373 mindən çox olub.

Press.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 373 min 216 nəfər yeni koronavirusa yoluxub, 5 min 913 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 225 milyon 449 min 49, ölənlər isə 4 milyon 643 min 667 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı ABŞ-da (35 min 450 nəfər), bu xəstəlikdən ölüm faktı isə Rusiyada (788 nəfər) qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (41,8 milyon), Hindistan (33,2 milyon), Braziliya (20,9 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,1 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,6 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI