Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir: “Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tədris başqa dillərdə olan siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.

Press.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

"Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər
OTACI