logo
First slide

Məşhur mal-qara bazarı yeni ünvana köçdü - FOTO

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar rayonunda mal-qara bazarı yeni məkana köçürülüb.

Yeni bazar Əliabad kəndində fəaliyyət göstərir.

Bazarın sahibi Azər Rəhimlinin sözlərinə görə, bura 15 rayondan alıcı və satıcılar gəlir. Alqı-satqı mərkəzinin ərazisi 4 hektar sahəni əhatə edir. Yeni bazarın ərazisi hasara alınıb, işıqlanma və müşahidə kamerası sistemi ilə təchiz edilib.

O, qeyd edib ki, köhnə bazar şəhərin girəcəyində yerləşdiyi üçün ərazidə tez-tez tıxac yaranırmış.

Bazar bu gündən fəaliyyətə başlayıb.

Report

Oxşar xəbərlər
OTACI
OTACI