Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şagirdlərin yerdəyişməsi dayandırıldı

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu bu gün saat 20:00-dan müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, 16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
OTACI