Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus bu insanlarda əqli zəifliyə səbəb ola bilər

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Alimlər koronavirusun beynin funksiyalarına təsir etdiyini çoxdan bilirlər.

Press.Az lent.az-a istinadla bildirir ki, ancaq xəstəliyi 40 yaşlarında keçirənlərdə qocalarda olduğu kimi virusun əqli zəifliyə və beynin iltihabına səbəb ola biləcəyi elmi dairələrdə sensasiyaya çevrilib. Mütəxəssislər risklərdən danışıblar.

Elm adamları bir əsr əvvəl baş verən hadisələri və İspan qripi epidemiyasını misal gətirirlər. O dövrün həkimləri tibbi terminologiyada "letargik ensefalit" olaraq qəbul edilən ağır letarji, sinir xəstəlikləri, baş ağrısı və şüur qarışıqlığı əlamətlərindən narahat idilər.

Bir milyondan çox sakin sindromdan əziyyət çəkib, minlərlə insanın nevroloji zədəni bərpa edilə bilməyib, bir çoxu komaya düşüb.

Daha sonra, letargik ensefalitin İspan qripinin nəticələrindən başqa bir şey olmadığı fikri ortaya çıxırdı. Beyinə nüfuz edən virus dağıdıcı əlamətlərə yol açırdı.

Əqli zəiflik epidemiyası 

Müasir elm adamları, COVID-19-un səbəb olduğu beyin problemlərinin genişmiqyaslı bir fəlakət xarakteri ola biləcəyinə inanırlar.

"The Lancet" nəşri isə mütəxəssislərin əqli zəiflik epidemiyası riski ilə bağlı xəbərdarlıq etdiyi elm adamlarının bir hesabatını dərc edib.

Boulderdəki Kolorado Universitetinin tədqiqatçıları uzun müddətli COVID-19-un beyin tau-protein səviyyələrində artımla nəticələnə biləcəyinə inanırlar.

London Universitet Kollecinin Bilişsel Nörobilim İnstitutunun əməkdaşları, bu vəziyyətdə yalnız yaşlı insanların risk altında olmadıqlarına açıqdırlar.

London Universitet kollecinin blişşel nevrologiya (beynin fəaliyyəti ilə sinir sisteminin digər aspektləri arasında idrak prosesləri və davranışları ilə əlaqəni öyrənən elm)institutunun əməkdaşları, bu vəziyyətdə yalnız yaşlı insanların risk altında olmadıqlarını açıq şəkildə söyləyirlər.

Fəlakətin miqyası elədir ki, iyirmi il ərzində tibb elmi məlum olmayan ruhi problemlərdən şikayət edəcək xəstələrlə üzləşə bilər.

Bu gün COVID-19 diaqnozu qoyulan 40 yaşlı xəstələr risk qrupuna daxildir.

Mütəxəssislər, İspan qripi epidemiyasında olduğu kimi SARS-CoV-2-nin qoxu sinirinə, sonra onurğalıların ön beyninin qoxu hissindən məsul sinir quruluşuna nüfuz edə biləcəyindən ciddi narahatdırlar.

Oxşar xəbərlər
OTACI