Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

QMİ Türkiyə hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Türkiyənin hərbi qulluqçularının Suriyada həlak olması ilə bağlı başsağlığı verib.

Press.az xəbər verir ki, başsağlığıda deyilir:

“Suriyanın İdlib şəhərində qardaş hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar bizləri kədərləndirir.

Şəhid olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri daim əziz olsun. Bütün yaralılara Uca Allahdan şəfa diləyirik. Sizin acınız bizim də acımızdır.

Allah bütün şəhidlərə rəhmət eləsin”.

Qeyd edək ki, sentyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Oxşar xəbərlər
OTACI