Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictimai nəqliyyat və iaşə müəssisələri işləməməlidir?

Bu sözləri allerqoloq-pulmonoloq Ramin Nəriman deyib. Həkim bildirib ki, məhdudlaşdırıcı tədbirlər çıxış yolu deyil:

“COVID-19 artıq həyat normasına çevrilib. Odur ki, koronavirus infeksiyasına görə təhsili məhv etməyin, ictimai nəqliyyatın həftə sonları işləməməsinin əleyhinəyəm. Bu, əhaliyə həm də maddi ziyan yetirir”.

Həkim əlavə edib ki, vaksin yoluxmanın qarşısını alacaq vasitə deyil, amma kütləvi immunitet sayəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq:

“Vaksin ölüm hallarını azaldır və ağırlaşmaların qarşısını alır. Əvvəlki dalğalarla müqayisə etdikdə indiki yoluxma sayları keçənilki qədər pik səviyyəyə çatmayıb. Əvvəlki dalğalarda 6000 civarında yoluxma olurdu. Amma indi 4000-dən yuxarı yoluxma qeydə alınmayıb. Sözsüz ki, bu da peyvəndin effektivliyi deməkdir. İkincisi, vaksinin effektivliyi əhalinin 70-80 faizi peyvənd olunduqdan sonra görünə bilər. Hələ ki, vaksinləşmə o səviyyəyə çatmayıb. Digər tərəfdən, şəxslər arasında koronavirus əleyhinə peyvənd olunmaları haqqında hədsiz dərəcədə saxta pasport alanlar var. Düşünürəm ki, belə bir vəziyyətin yaranmasının birinci səbəbi saxta COVID pasportlarının alınması, digər tərəfdən də peyvəndləmənin hələ infeksion prosesin qarşısını alacaq dərəcədə olmamasıdır.

Qapanmalar isə koronavirusun idarə olunmasında artıq demək olar ki, öz əhəmiyyətini tamamilə itirib. Heç bir Avropa ölkəsi ciddi qapanmalardan istifadə etmir, şəxsən mən də qəti surətdə qapanmaların əleyhinəyəm. Yenə də o fikrimin üzərində dayanıram ki, pandemiya illərlə davam edə bilər. Bu halda qapanmaların illərlə davam etməsi məntiqli çıxış yolu deyil. Əgər yenidən belə bir addım atılsa, bu, çox böyük yanlışlıq olar. Bu, əhalinin həm sosial vəziyyətinə, həm də psixoloji durumuna çox ciddi təsir edir”.

Publika.az

Oxşar xəbərlər
OTACI