Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəşad Sadıqov: "Daha hücumameyilli oynamaq istəyirik" - Video

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Press.az xəbər verir ki, o, ilk dəqiqələrin tam düşündükləri kimi olduğunu bildirib: "Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq. Sonda buna nail olduq və çox vacib qələbə qazandıq".

Sadıqov matçlarda dəyişiklik etməyə çalışdıqlarını bildirib: "Daha hücumameyilli oynamaq istəyirik. Heyəti də bu düşüncə ilə komplektləşdirdik. Bəzən alınır, bəzən işlər düşündüyümüz kimi getmir. Ümumilikdə isə çıxışımızdan razı qaldım".

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI