Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib

12 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri monitorinqlər zamanı bəzi obyekt sahibləri və icarədarlar tərəfindən qaydalara laqeyd yanaşıldığı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI