Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parisdə COVID-19 məhdudiyyətlərinə qarşı aksiyada toqquşma

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransada yenidən etiraz aksiyaları keçirilib.

Press.az xarici mediaya istinadən xəbər verir ki, bu gün paytaxt Parisdə sanitar normalara qarşı keçirilən etiraz aksiyasında nümayişçilərlə polis arasında toqquşmalar olub, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib.

Qəzəbli kütlə onların yürüş etdikləri yolun üzərində olan restoranın oturacaqlarını, şüşə butulkalarını, külqabıları hüquq-mühafizə orqanları tərəfə atıblar.

Aksiyalar zamanı saxlanılanlar olub. Onların sayı barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Avropa ölkələrində vaksin əleyhinə, qadağa və məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilir.

Oxşar xəbərlər
OTACI