First slide

Goranboyda 20 ton pambıqla dolu yük avtomobili yandı

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.

Bu barədə Press.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər
OTACI
OTACI