Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

Press.az xəbər verir ki, Bakupost.az -a bu barədə məlumatlı mənbədən məlumat verilib. Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

Saytımıza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib.

"Dəqiqləşdirib deyərəm" deməklə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

Oxşar xəbərlər
OTACI