Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İmişlidə baş verən qəzada bir nəfər ölüb

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İmişlidə 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Press.az-ın məlumatına görə, hadisə rayonun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli şəhər sakini, 1971-ci il təvəllüdlü İsmayılov Müşfiq Museyib oğlu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Yüngül xəsarət alan qızı isə ilk tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI