Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tam orta təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 576 nəfər qəbul olub

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulunun nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Press.az-a bildirilib ki, kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 576 nəfər qəbul olub. Onlardan 565 nəfəri Azərbaycan, 11 nəfəri isə rus bölməsində təhsil alacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

 

Oxşar xəbərlər
OTACI