Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan yığması I MDB Oyunlarını 60 medalla başa vurdu –

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.

Press.az xəbər verir ki, yarışa 126 idmançı ilə yollanan millimiz 60 medal qazanıb.

Təmsilçilərimiz 15 dəfə çempionluq sevinci yaşayıb. Azərbaycan idmançıları 16 gümüş və 29 bürünc medala da yiyələnib.

Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Yığmamız Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalıb. Digər iştirakçı ölkələr daha az medal əldə edib. Bunlar Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldovadır.

Qeyd edək ki, sentyabrın 4-11-də keçirilən yarışda 9 ölkədən 14-23 yaşlı 1139 idmançı mübarizə aparıb. Onlar 16 növ üzrə 182 dəst medal üçün yarışıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI