logo
First slide

Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda ağır yol qəzası olub.

Press.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Yaralılar təcili tibbi yardım maşının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Meyit isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

//Report

Oxşar xəbərlər
OTACI
OTACI