Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna daha 4 kompleks “Bayraqdar" alır

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə istehsalı olan “Bayraqdar TB2” əməliyyat-taktiki pilotsuz uçuş aparatlarından hazırda Silahlı Qüvvələrin arsenalında 2 kompleks (12 uçuş aparatı) var.

Press.az xəbər verir ki, bunu Report-a Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-leytenant Valeriy Zalujnıy bildirib.

O qeyd edib ki, biri Hərbi Hava Qüvvələrində, biri Hərbi Dəniz Qüvvələrində olmaqla 2 belə kompleks artıq var:

“Bir kompleks bu il Müdafiə Nazirliyinin sifarişi ilə alınıb. Həmçinin Silahlı Qüvvələrin tələbatını ödəmək üçün 2021-22-ci illərdə daha 4 belə kompleksin alınması planlaşdırılır. Bundan əlavə, gələcəkdə yerli istehsal olan bu tip pilotsuz uçuş sistemlərini də arsenalımıza almağı planlaşdırırıq”, - deyə o əlavə edib.

Baş komandan bildirib ki, “Bayraqdar”lar almaq, silahlanmaq hələ işin yarısı deməkdir.

“Çünki birincisi, onlarla effektiv işləməyi öyrənmək lazımdır, ikincisi, onların tətbiqi formaları üzrə taktikanı mütləq bilməliyik. Məsələyə kompleks yanaşmalıyıq. Təkcə “Bayraqdar”ları almaqla iş bitmir. İndi bu aparatların istifadəsi metodikasını öyrənirik. Düzünü deyim ki, Azərbaycanın təcrübəsi olsaydı, daha rahat olardı. Etiraf edim ki, bu təcrübədən təəssüf, çox az şey bilirik”, - deyə, Valeriy Zalujnıy vurğulayıb.

Oxşar xəbərlər
OTACI