“Barselona” “İnter”in futbolçusu Marselo Brozoviçi transfer etməkdə israrlıdır.
Press.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün müdafiəçisi Emersonu təklif edib. Lakin hələlik tərəflər ortaq məxrəcə gəlməyiblər.
Brozoviç PSJ-nin də maraq dairəsindədir.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən “İnter”in formasını geyinir.