Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şəhərin 20 Yanvar küçəsində yerləşən kafenin gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar orada olan 8 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, obyekt sahibi Ramil Aslanov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, R.Aslanov əvvəllər də analoji qayda pozuntusuna yol verdiyi üçün onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Oxşar xəbərlər
OTACI