logo
First slide

Vətən müharibəsi Qəhrəmanının adına park açıldı

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Rəbbil oğlu Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılış mərasimi keçirilib.

Press.az-ın məlumatına görə, mərasimdə şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları, gənclər və ictimaiyyət nümayəndələri, rayon rəsmiləri iştirak ediblər.

İlk öncə Dövlət himni səsləndirilib, şəhidin büstü qarşısında əklil və gül-çiçək dəstələri qoyulub. Sonra şəhidin keçdiyi döyüş yolundan bəhs edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi yad edilib.

Amid Heydərovun ailə üzvləri və döyüş yoldaşları şəhid adına göstərilən ehtirama, diqqət və qayğıya görə dövlət başçısına təşəkkür ediblər.

Qeyd edək ki, Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. A.Heydərov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

//Report

Oxşar xəbərlər
OTACI
OTACI