Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə XİN: “Ərəb Ölkələri Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik”

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ərəb Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik”.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Bəzi Ərəb Liqası ölkələrinin öz əməllərini gizləmək məqsədilə ölkəmizi hədəf alan qəlibləşmiş ittihamlarını davam etdirmələrinin dost və qardaş ərəb xalqlarına nəzərən hər hansı qaşılığının olmadığı çox yaxşı bilinir. Bu mövqe bölgədə son dönəmdə atılmış müsbət addımlara uyğun deyil”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Türkiyə qərarlı və prinsipial mövqeyi ilə ərəb ölkələrinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini qoruması üçün ən çox əmək sərf edən ölkələrdəndir: “Türkiyənin milli təhlükəsizliyinə və maraqlarına qarşı təhdidlərlə beynəlxalq hüquq çərçivəsində mübarizəsininin Ərəb Liqası tərəfindən tənqid edilməsi qəbuledilməzdir və heç bir məna daşımır”.

Qeyd edək ki, Ərəb Ölkələri Liqasının 9 sentyabrda keçirilən toplantısında Türkiyəyə qarşı qərarlar qəbul edilmişdi.

Oxşar xəbərlər
OTACI