logo
First slide

Qarabağın bərpasına həsr olunmuş biznes forum keçirilib

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib.

Press.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə ildən-ilə daha da genişlənir. TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 mlrd. ABŞ dolları sərmayə yatırıb.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallışdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından danışan Mikayıl Cabbarov Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasındakı maneənin aradan qalxması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmir yolu şəbəkələrinin formalaşdırılması imkanı yarandığını, hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində aktiv işlər aparıldığını diqqətə çatdırıb. Nazir əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcəkdir.

İqtisadiyyat naziri 44 günlük Vətən müharibəsi dövründə Türk Şurasının Azərbaycana böyük dəstək verdiyini vurğulayıb. 

Tədbir çərçivəsində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görüləcək işlər barədə təqdimat keçirilib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd xarici ticarət fəaliyyətinin təşkili və stimulaşdırılması sahəsində təcrübə mübadiləsi məsələlərini ehtiva edir.

Forum işini ikitərəfli görüşlərlə davam etdirib.

Oxşar xəbərlər
OTACI
OTACI