First slide

Özünə məxsus aptekdə işçilərlə ünsiyyət quran koronavirus xəstəsi aşkarlandı - FOTO

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elməddin Abdullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində insanların sıx hərəkətdə olduğu yerdə polis əməkdaşları tərəfindən saxlanılıb.

İnfeksiya daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə isə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Çingiz Seyidovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi aşkarlanıb.

Həmin şəxs Hacallı kəndində özünə məxsus aptekdə işçilərlə ünsiyyətdə olarkən yaxalanıb.

Ç.Seyidovla izahedici söhbətlər aparılıb və o, yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI