Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir neçə qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dörd adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib.

Qida Təhlükəsizliyi Agentliyindən Press.az-a verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci il 8 sentyabr tarixində keçirilən iclasında ümumilikdə 55 müraciətə baxılıb.

Nəticədə müraciət əsasında idxal olunan 51 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 4 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Oxşar xəbərlər
OTACI