Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müharibə iştirakçıları və şəhid ailəsinin üzvləri SOCAR-da işə götürülüb

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Neft Şirkətinin (SOCAR) Təhlüəkəsizlik İdarəsi daha 6 müharibə iştirakçısını və şəhid ailəsi üzvü işlə təmin edib.

Press.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, Vətən müharibəsi iştirakçıları Rüstəm Vahid oğlu Cabbarov, Nahid Elşən oğlu Abdullayev, Əmir Rövşən oğlu Cəfərov, Əlibəy Nadir oğlu Kamilov, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Çoban Razaddin oğlu Nurmətovun qardaşı Sənan Nurmətov və şəhid Fikrət Hikmət oğlu Zeynalovun qardaşı Mirzə Zeynallı işlə təmin olunub.

İşə yeni qəbul edilən əməkdaşlar neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunub.

Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir. Hazırda İdarədə 111 müharibə iştirakçısı və 9 şəhid ailəsi üzvü çalışır.

Oxşar xəbərlər
OTACI