Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda keçmiş məhkumdan 14 kq-dan artıq narkotik götürülüb

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə saxlanılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, polislər tərəfindən tutulan zaman onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmaları davam etdirilir.

Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI