Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mikayıl Cabbarov: “Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyirik”

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyir”.

Press.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Fondun yaradılmasında məqsəd türkdilli ölkələrdəki iş adamlarına yalnız 3-cü tərəfin vəsaiti hesabına deyil, həm də daxili imkanlar hesabına maliyyə dəstəyinin verilməsidir: “Bu və digər mövzularla bağlı həyata keçirilən işləri dəstəkləyir və alqışlayırıq. Ölkələrimizin iqtisadi potensialı və imkanları ildən-ilə artmaqdadır. Türk İnvestisiya Fondu əməkdaşlığımızın keyfiyyət cəhətdən daha yüksək səviyyəyə qaldırılması və imkanlardan qarşılıqlı fəaliyyətdə istifadə edilməsi üçün əlverişli platformadır".

Oxşar xəbərlər
OTACI