Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda qaydaları pozan sürücülər cərimələnib

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, növbəti belə tədbir zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub.

Həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib.

Eyni zamanda, aşkarlanan digər qayda pozuntuları ilə bağlı da qanunamüvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI