Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan xalçaları Moskvada nümayiş olunacaq

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərxalça” ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək.

Press.Az xəbər verir ki, “Heimtextil” sərgisi 14-16 sentyabr tarixlərində keçiriləcək.

Qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib ki, sərgidə bütün növ Azərbaycan xalçaları nümayiş etdiriləcək:

“Daha çox isə Qarabağ xalçalarına üstünlük veriləcək. Sərgidə Azərbaycan xalçaları “Made in Azerbaijan” brendi altında nümayiş etdiriləcək. Burada klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçalarımız nümayiş olunacaq”.

Oxşar xəbərlər
OTACI