Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Angela Merkel ilk dəfə özünü feminist adlandırdı

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyanın istefaya getməyə hazırlaşan kansleri Angela Merkel ilk dəfə olaraq özünü feminist adlandırıb. O, artıq bunu bəyan etməkdən utanmadığını deyib.

Məlumata görə, 2017-ci ildə keçirilmiş qadınların sammitində Merkel bu suala qəti cavab verməkdə tərəddüd edib. O, həmin vaxt bunu açıq şəkildə söyləməkdən utandığını bildirib.

Lakin indi artıq feminist olmaqdan çəkinmədiyini qeyd edən hökumət başçısı hər kəsi bu nümunəyə uyğun davranmağa çağırıb: “Bu gün məsələ ilə bağlı daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”, - deyə Merkel bəyan edib.

“Berliner Zeitung”

Oxşar xəbərlər
OTACI