Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlıq Qrupu nə vaxtdan fəaliyyət göstərir?

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son günlərdə yerli və erməni KİV-də Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlıq Qrupuna dörd türk generalının daxil olacağı barədə xəbərlər yayılıb.

Press.z xəbər verir ki, adı çəkilən generallardan biri artıq ilin əvvəlindən bəri Ağdamdakı birgə monitorinq mərkəzində Türkiyə missiyasına rəhərlik edən Abdullah Qatırcıdır.

Bununla yanaşı, Xüsusi Komandanlıq Qrupu ölkəmizdə yeni qurum deyil və 1992-cil ildən fəaliyyət göstərir. Sadəcə, bu vaxtadək onun tərkibinə daha aşağı rütbəli zabitlər daxil olub.

Yeniliyə ehtiyac isə Azərbaycan və Türkiyə Ordularının artan birgə təlimləri və iki ölkənin Silahlı Qüvvələri arasındakı əlaqələrin genişlənməsindən doğur ki, bu da təbiidir. Burada hansısa siyasi çalar axtarmaq əlbəttə ki, mənasızdır.

İstənilən halda ordumuzun daha yaxşı təlim keçməsi sevindirici haldır. Belə ki, sülhün ən etibarlı təminatçısı məhz güclü ordudur.

Oxşar xəbərlər
OTACI