Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının Binə qəsəbəsi daxilində marşrut xəttinin fəaliyyəti bərpa edilir

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bu barədə Press.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəsəbəsin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sabahdan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik olacaq, ödəniş nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

Oxşar xəbərlər
OTACI