Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Reza Deqati dağıdılmış Kəlbəcər muzeyindən yazdı - FOTO

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məşhur fotoqraf Reza Deqati Kəlbəcər muzeyindən yazıb.

Fotoqraf bildirib ki, Kəlbəcər Muzeyi əsrlər boyu Kəlbəcərin yarı qiymətli daşları və qızılı ilə yaradılan inanılmaz heykəlləri və əsərləri ilə məşhur olub:

“1979-cu ildə ən son əhalinin siyahıya alınması zamanı, burada 5604 nəfər yaşayırdı - 99,4 faiz azərbaycanlı, 0,1 faiz erməni, 0,1 faiz isə rus millətindən. 

2 aprel 1993-cü ildə erməni qüvvələri şəhəri ələ keçirdi. Əhaliyə çıxmaq üçün 10 saat verdilər. Bir çoxu ayaqqabısı olmadan belə piyada 3 480 metr hündürlüyündə dağı keçərək qarda ayaqlarını itirdi və ya öldü. Şəhər kül oldu, yaşamaq üçün bir neçə ev saxlanıldı. Erməni qüvvələri 2020-ci ilin noyabrında məğlub olduqdan sonra, Azərbaycan onlara Kəlbəcəri tərk etmək üçün 25 gün vaxt verdi və onlar istədiklərini götürə bildilər.

Ayrılmazdan əvvəl isə hətta evləri yandırdılar, ağacları kəsdilər, heyvanları öldürdülər və Ermənistana getdilər. Qurtuluşdan sonra şəhərə gələndə, bir çox başqa görməli yerlər arasında məşhur muzeyi axtardım. Muzeyi tamamilə yer üzündən sildiklərini gördükdə isə kədərləndim və şoka düşdüm... Bütün qiymətli və qədim heykəlləri, əsərləri, qızılları götürmüşdülər. Yalnız bir neçə heykəl qalmışdı ki, yəqin ki, onları da ağır olduqları üçün aparmamışdılar. O əvəzolunmaz muzey əşyaları haradadır? Bütün Qarabağ muzeylərindən, tarixi abidələrdən və evlərdən talan edilmiş bütün bu əsərlərin və minlərlə digər əşyaların siyahısı Sovet arxivlərində mövcuddur.

İnanıram ki, UNESCO bu mövzüda müəyyən işlər görəcək”.

Oxşar xəbərlər
OTACI