Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda vurulan “Pfizer” peyvəndi xaricdə tanınmır? - AÇIQLAMA

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan vətəndaşı ölkəmizdə koronavirus əleyhinə vurdurduğu “Pfizer” vaksinin xaricidə tanınmadığını iddia edib. 

Vətəndaş sosial şəbəkədə bildirib ki, vaksin pasportunu xaricdə qəbul etməyiblər, səbəb kimi isə vurulan “Pfizer” vaksininin seriya nömrələrinin eyni olması göstərilib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir:

“COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”. 

Oxşar xəbərlər
OTACI