Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Qazaxıstan arasında ticarət əməkdaşlığı üzrə memorandum imzalanıb

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın İqtisadiyyat Nazirliyi və Qazaxıstanın Ticarət Nazirliyi arasında ticarət əməkdaşlığı üzrə memorandum imzalanıb.

Report TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Bahıt Sultanov özünün feysbuk səhifəsində yazıb.

Memorandum B.Sultanovun Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilmiş görüş zamanı imzalanıb.

“Bu sənəd qarşılıqlı fayda və ədalət prinsipləri əsasında qarşılıqlı ticarətin möhkəmlənməsinə öz töhfəsini verəcək. Ticarətdə maneələrin aşkarlanması və onların aradan qaldırılması yollarının axtarışına xüsusi diqqət ayırmaqla geniş çevrədə əməkdaşlıq edəcəyik”, - qazaxıstanlı nazirin paylaşımında deyilir.

Sultanovun sözlərinə görə, Qazaxıstan ən qısa zamanda Azərbaycan iqtisadiyyatının ehtiyac duyduğu metallurgiya və neft-kimya məhsullarının, habelə qida sənayesi məhsullarının tədarükünü artırmağa hazırdır. “Azərbaycan bizim tikinti sənayemizə, biz isə onların qida və neft-kimya sənayesi məhsullarına maraq göstəririk”, - o deyib.

Oxşar xəbərlər
OTACI