Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB-dən iki fərqli PZR cavabı gəlməsi ilə bağlı AÇIQLAMA

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVID-19 testinin müxtəlif klinikalarda fərqli nəticə verməsi vətəndaşları narahat edir.

Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlara rast gəlinir. Belə ki, paylaşımlardan birində vətəndaş qeyd edib ki, xaricə səfər etmək üçün PZR testi verib, lakin cavablar müxtəlif olub:

“Fərqli klinikalarda PZR testi verdim. Testin nəticəsi bir klinikada pozitiv, digərində (bir gün sonra) isə neqativ olub. Bu səbəbdən səfərim yarımcıq qaldı. Aldığım bilet yararsız oldu”.

Bəs görəsən bu kimi hallar nədən qaynaqlanır? PZR testi götürən tibb işçilərinin prosedurun təyinatı üzrə dəqiq yerinə yetirə bilməməsi və ya laboratoriyalarda PZR testlərinin nəticələrini yoxlayan avadanlıqlar buna səbəb ola bilərmi?

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, testin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür:

“Bunun əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarından silinir və aşağı tənəffüs yollarına keçir. Digər səbəb isə materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir.

Eyni zamanda onu da qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı iki dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür”.

Oxşar xəbərlər
OTACI