logo
First slide

Saatlıda koronavirus xəstəsi küçədə saxlanıldı

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Saatlı rayonunda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən Press.az-a məlumata görə, Saatlı rayonu Mollavaizli kənd sakini Fariz Balakişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan F.Balakisiyevin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI