Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peyvənd pasportu olmayan vətəndaş xəstəxanaya buraxılmadı

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sentyabrın 6-da əvvəlcədən zəng edib həkim qəbuluna yazılsam da, məni Respublika Neyrocərrahiyyə Xəstəxanasına buraxmadılar. Səbəb kimi isə xəstəxanaya girişin yalnız COVID-19 pasportu ilə olmasını göstərdilər”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Nəcibə Dadaşova müraciət edib. Onun sözlərinə görə, xəstəxanada bununla bağlı hər hansı elan asılmasa da, girişdə dayanmış şəxs içəri daxil olan hər kəsin COVID pasportunu yoxlayır: “Mən Nevrologiya şöbəsinə gedirdim, heç ümumi girişdən keçə bilmədim. Məndən sonra gələn hər kəsdən də COVID pasportu istədilər, kimdə var idi keçdi, olmayanlar mənim kimi əliboş geri qayıtdı. Gəlib qaynar xəttə nə qədər zəng etsəm də, düşə bilmədim. Axı bu hansı qanunda var? Tibb müəssisəsi vətəndaşdan peyvənd pasportu istəyə bilərmi?” 

“Qafqazinfo” şikayətlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, yalnız xəstənin yanında gələn şəxslərdən peyvənd pasportu istənilir: “Xəstəxanaya müalicə və müayinə məqsədilə gələn şəxslərin tibb müəssisəsinə daxil olmasında heç bir maneə yoxdur. Xəstəxananın girişində pasportların yoxlanılması isə xəstəni müşayiət edən vətəndaşların COVID pasportunun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Məhz  xəstənin yanında gələn vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, COVID pasportu olmayan şəxslərin pandemiya qaydalarına uyğun olaraq xəstəxanaya buraxılması məqsədəuyğun hesab edilmir”.

Oxşar xəbərlər
OTACI